Baş nazirdən Dağlıq Qarabağla bağlı <span style="color:red;">ŞOK AÇIQLAMA
13 fevral 2015 11:56 (UTC +04:00)

Baş nazirdən Dağlıq Qarabağla bağlı ŞOK AÇIQLAMA

0

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyədə yaşayan etnik azlıqlar və qeyri-müsəlmanların təmsil olunduqları icma rəhbərləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, türkiyəli nazir çıxışında maraqlı açıqlamaları ilə gündəmə gəlib. Ə.Davudoğlu erməni azlıqlarla həsr olunan hissədə Dağlıq Qarabağ probleminə toxunub və sensasiya doğuracaq açıqlaması ilə diqqət çəkib.

 

O bildirib ki, ermənilər işğal olunmuş Azərbaycan ərazilərinin ən azı bir rayonunu tərk etsəydilər, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılacaqdı: “Amma ermənilər işğal etdikləri torpaqları tərk etmədilər”.

 

Xatırladaq ki, Türkiyənin baş naziri ilə görüşə rum, erməni, musəvi, keldani, və bolqar milli azlıqların nümayəndələri qatılıblar.

 

Bundan başqa, “Agos” qəzetinin yayım şurasının sədri Yetvart Danzikyan, “Yeni Şafak” qəzetinin yazarı Markar Esayan və Türk Müsəvi Camaatı rəhbəri İsak İbrahimzadə də toplantıda iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar