“Total" da daxil olmaqla bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın” - PARLAMENT
18 yanvar 2024 10:47 (UTC +04:00)

“Total" da daxil olmaqla bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın” - PARLAMENT

Fransa şirkətlərinin Azərbaycandan çıxarılması istənilib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə TOTAL da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı çağırış edib.

Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi istənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4458
avatar

Oxşar yazılar