Tanınmış təhsil eksperti DEPUTATLIĞA NAMİZƏD  oldu
10 iyul 2024 16:47 (UTC +04:00)

Tanınmış təhsil eksperti DEPUTATLIĞA NAMİZƏD oldu

Tanınmış təhsil eksperti Kamran Əsədov deputatlığa namizədliyini irəli sürüb.

Lent.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. 

Paylaşımda bildirib ki, Neftçala rayonu 70 saylı seçki dairəsində namizəd olub:

"İslahatlara dəstək vermək üçün seçki prosesinə qoşuldum.

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün insanı ilə, daşı ilə, torpağı ilə mənə doğma olan, əziz olan Neftçala rayonundan, 70 saylı seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm və imzatoplama kampaniyasına start verdim.

Keçən seçkidən sonrakı 4 il ərzində Neftçalada böyük işlər görülüb və indi də davam edir.

Neftçalada təkcə ölkə əhəmiyyətli yox, dünya miqyasında olacaq enerji və digər vacib layihələr həyata keçirilir.

Düşünürəm ki, Neftçalamın daha da inkişafına təkan verəcək bilik və bacarıqlara sahibəm.

Allah yolumuzu açıq etsin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7779
avatar

Fidan İlqar

Oxşar yazılar