Siyasi  partiya lideri   güllələndi
30 oktyabr 2022 13:51 (UTC +04:00)

Siyasi partiya lideri güllələndi

Haitinin baş naziri Ariel Henri bildirib ki, naməlum şəxslər respublikanın Milli Mütərəqqi Demokratlar İttifaqının baş katibi Erik-Jan Baptistanı güllələyiblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, Batistanın və onun mühafizəçisinin qətli ölkə vətəndaşlarını çaşqınlığa sürükləyib.

Erik-Jan Baptista

“Biz vətənpərvər, mötədil siyasətçiyə qarşı törədilən bu dəhşətli cinayəti qətiyyətlə pisləyirik. Biz Haiti hökuməti və xalqı adından həlak olanların ailələrinə, Birləşmiş Milli Mütərəqqi Demokratlara və bu dəhşətli cinayətdən bu gün qəzəblənən siyasi təbəqəyə səmimi başsağlığı veririk”, - Henri bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Oxşar yazılar