Hazırda ölkədəki siyasi sahədə gündəm növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar isə yoxdur. Ölkənin tanınmış siyasətçiləri və deputatların əksəriyyəti də sosial şəbəkə hesablarında açıq-aşkar şəkildə seçkilərdə iştirak edəcəyini və hətta hansı dairədən namizəd olacaqlarını belə açıqlayıblar.
Lent.az-ın əməkdaşı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının yenidən deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənməyə çalışıb.
Sabir Rüstəmxanlı saytımıza açıqlamasında bildirib ki, onun seçkilərdə iştirak edib-etməyəcəyi məlum deyil:
“Hələ ki, deputat seçkiləri ilə bağlı rəsmi qərar yoxdur. Məhz bu səbəbdən seçkilərdə iştirak edib-etməyəcəyim məlum deyil. Amma namizədliyimin irəli sürülməsi ilə bağlı Vətəndaş Həmrəyi Partiyasının qərarı olarsa, daha əvvəl deputat seçildiyim 61 saylı Neftçala seçki dairəsindən qatıla bilərəm”.