Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılması məsələsini həll etmək üçün Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli sammitini gözləmək lazımdır.
Lent.az bildirir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti” jurnalistlərinin müvafiq sualınına cavabında belə deyib.
"Görüşün özünü gözləmək lazımdır", - Peskov vurğulayıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini on, on beş və ya iyirmi il uzatmağa hazır olduğunu bildirib.
Oktyabrın 26-da Rusiya prezidentinin mətbuat katibi bəyan edib ki, Rusiya liderinin azərbaycanlı həmkarı İlham Əliyev və Paşinyanla üçtərəfli görüşünə hazırlıq gedir.