Putinin  alman “rəfiqəsi”   qəfildən Rusiya rəhbərini  “cinayətkar”   adlandırdı
20 dekabr 2024 16:44 (UTC +04:00)

Putinin alman “rəfiqəsi” qəfildən Rusiya rəhbərini “cinayətkar” adlandırdı

Sara Vaqenkneht Alyansının (BSW) həmtəsisçisi Sara Vaqenkneht Rusiya lideri Vladimir Putinin “cinayətkar” olduğunu bildirib.

Lent.az bildirir ki, “Spiegel”in yazdığına görə, siyasətçi Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ilə əlaqədar Rusiya liderindən  uzaqlaşıb.

"Mən bu müharibəni pisləyirəm. Müharibələrə başlayan siyasətçiləri - və bu, Vladimir Putinə də aiddir - cinayətkar hesab edirəm", - Vaqenkneht bildirib.

Bununla belə, o, iyun ayında Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı zamanı Bundestaqı partiyası ilə birlikdə tərk etmək qərarını müdafiə edib. Siyasətçinin sözlərinə görə, o zaman debat şansı yox idi, lakin Zelenskinin Rusiya nüvə qüvvələrinə pilotsuz təyyarələrlə hücum əmri fonunda “ayaqlı alqış” planlaşdırılıb. Vaqenkneht bunu "çox məsuliyyətsiz" adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Oxşar yazılar