Pənah Hüseyn
27 may 2024 13:46 (UTC +04:00)

Pənah Hüseyn

Pənah Hüseyn hansı dairədən namizəd olacağını açıqladı

Hazırda ölkədəki siyasi sahədə gündəm növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar isə yoxdur. Ölkənin tanınmış siyasətçiləri və deputatların əksəriyyəti də sosial şəbəkə hesablarında açıq-aşkar şəkildə seçkilərdə iştirak edəcəyini və hətta neçə nömrəli seçki dairəsindən qatılacağını belə açıqlayıblar.

Lent.az-ın əməkdaşı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənməyə çalışıb.

Pənah Hüseyn Lent.az-a açıqlamasında bildirib ki, parlament seçkilərinin keçirilməsi ilə bağlı hələ rəsmi qərar yoxdur:

"Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar verildikdən sonra, partiyada da bununla bağlı hüquqi qərar veriləcək. Amma keçirilsə, əlbəttə ki, namizədliyimi irəli sürəcəm. İlkin olaraq 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyimi irəli sürməyi düşünürəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Arzu Qurbanlı

Oxşar yazılar