Paşinyanı devirsələr, bu, müharibə deməkdir - Buna hazırıq, amma istəmirik  – ŞƏRH 
14 may 2024 17:55 (UTC +04:00)

Paşinyanı devirsələr, bu, müharibə deməkdir - Buna hazırıq, amma istəmirik – ŞƏRH 

Son zamanlarda iki qonşu dövlətdə vəziyyət getdikcə gərginləşir. Bir tərəfdən Gürcüstan parlamenti qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Digər tərəfdən isə Ermənistanın paytaxtında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi itaətsizlik aksiyaları davam edir. Hətta Ermənistanda polis kütləvi həbslərə başlayıb. 

Maraqlıdır, hazırda ən yaxın qonşularımız olan bu iki dövlətdə vəziyyət nə yerdədir?

Məsələ ilə bağlı siyasi şərhçi Elxan Şahinoğlu Lent.az-a açıqlamasında bildirib ki, hazırda Cənubi Qafqazın iki dövlətin daxilindəki siyasi vəziyyətində qarışıqlıqdır.

Onun sözlərinə görə, birində Rusiya, digərində isə bir sıra qərb dövlətləri maraqlıdır:

“Rusiya əslində Paşinyanın devrilməsində maraqlıdır. İkinci Qarabağ müharibəsində də devirməyə çalışdı, amma alınmadı. Seçkilərdə də Paşinyan qələbə çaldı. Nə mitinq yolu ilə, nə də hərbi çevriliş yolu ilə devirə bildilər. Yeganə yol kimi din və keşişdən istifadə yolu qalıb. O isə tərəfdar toplamaqda çətinlik çəkir. Biz hər iki seçimə hazırıq. Biz sülh danışıqlarını davam etdirmək istəyirik ki, bölgədə sülh və əməkdaşlıq yaransın. Əgər, Paşinyanı devirsələr, razılaşmalardan imtina edilsə, bu müharibə deməkdir. Azərbaycan buna hazırdır, amma müharibə istəmir. Gürcüstanda isə bir qədər fərqli mənzərə var. Burada ABŞ və Avropa İttifaqı Gürcüstan hökumətinə təzyiq göstərir, müxalifəti dəstəkləyir ki, xarici agentlər haqqında qanun qəbul olunmasın. Amma Gürcüstan hökuməti xarici siyasət və təhlükəsizlik haqqında müstəqil qərarlar vermək istəyir. Bu hökumət NATO və Avropa İttifaqı üzvlərini qarşısına alsa da, öz gündəmi ilə bu strukturlara daxil olmaq istəyir. Oktyabrda Gürcüstanda parlament seçkiləri baş tutacaq. Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanunu qüvvəyə mindirməkdə özünə arxayındır. Özünə arxayın olmasaydı parlament seçkiləri öncəsi belə bir riskə getməzdi. Azərbaycan tərəfi isə hər iki qonşu dövlətdə sabitliyə maraqlıdır. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Məhz bu səbəbdən ölkədə sabitliyin pozulmasını istəmirik. Bizim əsas boru xətləri Gürcüstandan keçir və orada çoxlu sayda azərbaycanlılar yaşayır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5313
avatar

Arzu Qurbanlı

Oxşar yazılar