Ordumuzun hərbçisi  vəfat etdi   - SƏBƏB
17 noyabr 2022 18:58 (UTC +04:00)

Ordumuzun hərbçisi vəfat etdi - SƏBƏB

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq noyabrın 17-də vəfat edib.

Lent.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

# 2916
avatar

Oxşar yazılar