Makron Fransa prezidentliyinə yenidən qayıdağını  istisna etmir
28 sentyabr 2026 17:34 (UTC +04:00)

Makron Fransa prezidentliyinə yenidən qayıdağını istisna etmir

0

Fransa prezidenti Emmanuel Makron hazırkı müddətini başa vurduqdan sonra yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

"Gəlin açıq şəkildə deyək: Konstitusiyamıza əsasən, ardıcıl iki müddətə xidmət etməyə icazəniz var. Buna görə də, mən səlahiyyət müddətimi gələn ilin may ayında başa vuracağam və Fransa xalqı başqasını seçəcək", - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Makron Lumiere sammitində bildirib.

Fransa prezidenti əlavə edib ki, gələcəkdə prezidentlik yarışına qayıdışı istisna etmir.

"Amma mən heç nəyi istisna etməzdim. Qayıtmaq olduqca qeyri-adi olardı, amma görəcəyik. Həyat ixtiraçılıqdır, bəzən hətta kinodan daha çox", - o bildirib.

Makron 2017-ci ildə Fransa prezidenti seçilib və 2022-ci ildə yenidən postunda qalb. Hazırkı konstitusiya qanunvericiliyinə görə, eyni şəxs ardıcıl iki müddətdən çox prezident ola bilməz.

Beləliklə, Makron 2027-ci il seçkilərində namizədliyini irəli sürə bilməyəcək, lakin onun şərhləri gələcəkdə siyasi rəqabətə mümkün qayıdış məsələsini açıq qoyur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 80

Oxşar yazılar