Lavrovun istefası ilə bağlı  KREMLDƏN AÇIQLAMA
15 dekabr 2022 14:24 (UTC +04:00)

Lavrovun istefası ilə bağlı KREMLDƏN AÇIQLAMA

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun istefası ilə bağlı xəbərlər yayılıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlama verib.

O, Lavrovun istefası ilə bağlı yayılan şayiələrə lazımi şəkildə yanaşmağı tövsiyə edib: 

“Ənənəvi olaraq sizə cavab verəcəyəm. Bu cür şayiələrə qarşı uyğun davranın”, - o  bildirib.

Qeyd edək ki, Teleqram kanallarında Lavrovun mümkün istefası halında xarici işlər naziri postuna mümkün namizədlərin müzakirəsi ilə bağlı məlumatlar yayılıb.

Oktyabrın sonunda Kreml nümayəndələrindən biri Rusiyada istefa və yeni təyinatlarla bağlı danışmışdı. Onun fikrincə, dövlətdə idarəetmə sisteminin qurulmasında bunlar təbii prosesdir. Kiminsə vəzifədə uğursuzluğu ilə bağlı geniş nəticələr çıxarılmalıdır.  

Xatırladaq ki, Sergey Lavrov 2004-cü ilin martından Rusiyanın xarici işlər naziridir. Bundan əvvəl, 1994-2004-cü illərdə o, Rusiyanın BMT Təhlükəsizlik Şurası yanında daimi nümayəndəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3666
avatar

Sevinc Fərid

Oxşar yazılar