Hərbçilərimiz Ermənistandakı Aİ müşahidəçilərinin Zəngilanla sərhəddə hərəkətlərinə tam nəzarət edir -VİDEO
11 fevral 2025 19:18 (UTC +04:00)

Hərbçilərimiz Ermənistandakı Aİ müşahidəçilərinin Zəngilanla sərhəddə hərəkətlərinə tam nəzarət edir -VİDEO

Azərbaycan sərhədçiləri Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının sərhədboyu fəaliyyətinə nəzarət edir.

Lent.az APA-ya istinadla  xəbər verir ki, avropalı müşahidəçilər fevralın 10-da Zəngilan rayonu ilə həmsərhəd ərazilərə gələrək, binoklla ətrafa baxış keçirib, o cümlədən Azərbaycan istiqamətində müşahidələr aparıblar.

Onların həm avtomobillərlə, həm də piyada hərəkətləri Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altında saxlanılıb və qeydə alınıb.

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə məlumat və görüntülər yayıb.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 2027-ci il fevralın 19-dək uzadılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar