Haaqadan gələn HAQQ  səsi
08 dekabr 2021 11:43 (UTC +04:00)

Haaqadan gələn HAQQ səsi

Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır.
“Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına gəldikdə, vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılmasına, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib.

Azərbaycan Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir.

Əslində, bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Fikir verirsinizsə, mina xəritələrinin qaytarılması iddiası ilə bağlı qərar yoxdu. Buna səbəb isə bir neçə gün əvvəl Ermənistanın qalan ərazilərlə bağlı xəritələri Azərbaycana verməsiydi. Məhz məhkəmənin qərarından çəkindiyi üçün erməni tərəfi xəritələri əvvəlcədən qaytardı

Ermənistan arzusuna çata bilmədi. Əksinə, onun üzərinə konkret öhdəliklər qoyuldu. Əslində bütün dünya Azərbaycanın haqq səsini eşidir, sadəcə, indiyədək eşitməməzlikdən gəlirdilər. İndi bütün dünya nəhayət AZərbaycanın haqq səsini eşitməkdədir. Özü də, Haaqada. 

# 3312
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar