Əgər Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin (sülh müqaviləsinin – red.) ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür.
Lent.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq, gələcəkdə də çətinliklər yaradacaq.