Düşmən Qazaxda atəşkəsi pozdu
02 fevral 2021 09:49 (UTC +04:00)

Düşmən Qazaxda atəşkəsi pozdu

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.  

DSX mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, fevralın 2-də saat 5 radələrində Er­mə­nistan Silahlı Qüvvə­lərinin Qazax ra­yo­unun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

# 8964
avatar

Mehman Nəbiyev

Oxşar yazılar