Almaniyada dövlət çevrilişi hazırlayanlar ölkənin kansleri Olaf Şoltsuun öldürülməsini planlaşdırıblar.
Lent.az bildirir ki, bu barədə “The New York Times” istintaqa yaxın mənbələrə istinadən xəbər verib.
Axtarışlar zamanı polis məmurları sui-qəsdçilərin qrupun planlarını gizli saxlamağa and içdikləri yüzdən çox gizlilik müqaviləsini üzə çıxarıblar. Bunlara parlament üzvlərinə hücum və onların həbsi, həmçinin kanslerin öldürülməsi daxildir. Müqavilənin pozulması, müqavilələrdə göstərildiyi kimi, ölümlə cəzalandırılır.
Bundan əlavə, reydlər zamanı müstəntiqlər 40 odlu silah aşkar ediblər, həmçinin gizli anbarlarda hələ də tapılmayan digər silahlar üçün minlərlə patron ələ keçiriblər. Məqalədə deyilir ki, indiyədək polis hökuməti devirmək planında şübhəli bilinən 23 nəfəri həbs edib və daha 31 nəfərlə bağlı araşdırma aparır.
Dekabrın 7-də Almaniya polisi sağ ekstremistlərin planlaşdırdıqları dövlət çevrilişinin qarşısını alıb. Onlar Bundestaqı basqın etmək istəyiblər.