“Daşnaksütyun”a o qədər agent yerləşdirdik ki...” – KQB generalı erməni müxalifətini rəzil etdi
14 may 2022 11:06 (UTC +04:00)

“Daşnaksütyun”a o qədər agent yerləşdirdik ki...” – KQB generalı erməni müxalifətini rəzil etdi

Ermənistanda mövcud hakimiyyəti çevirməyə çalışan iki müxalifət hərakatı - İşxan Saqatelyanın başında durduğu “Daşnaksütyun” və Serj Sarkisyan tərəfindən yaradılan, hazırda isə çekst Artur Vanetsyanın rəhbərlik etdiyi "Şərəfim var" fraksiyası qüvvələrini birləşdirməyə qərar veriblər.  

Lent.az xəbər verir ki, erməni teleqram kanalları bu məlumatlara özünəməxsus şəkildə reaksiya verib.

Daha doğrusu Ermənistan mətbuatı sözügedən destruktiv qüvvələrin əsl maraqlarını üzə çıxaran xəbəri gündəmə gətirib. 

Söhbət KQB generalı Oleq Kaluginin 2009-cu ildə yazdığı “Casusların ustadı. Mənim 32 il kəşfiyyat və Qərbə qarşı casusluq fəaliyyətim” kitabdan gedir.

Hazırda ABŞ vətəndaşı olan Oleq Kalugin bu gün Rusiya xüsusi xidmət orqanlarının müasir iş üsullarının əleyhdarı kimi tanınır.

Onun müəllifi olduğu nəşrdən bir parça demək olar ki, revanşistlərin iç üzünü açıb ortaya qoyub.

Kitabda xüsusi xidmət orqanlarındakı fəaliyyəti, xarici hədəflər və DTK-nın xüsusi əməliyyatları haqqında danışarkən, Kalugin Ermənistanın siyasi təşkilatlarına DTK agentlərinin yeridilməsi və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla əlaqələrindən də bəhs edib:

“KQB praktiki olaraq bütün sovet mühacir millətçi qruplarına - litva, erməni və başqalarına uğurla nüfuz etdi. Sonralar DTK-nın Xarici Əks-kəşfiyyat İdarəsinin rəisi olandan sonra bu antisovet qruplarının təxribat fəaliyyətinə daha da dərindən qarışdım... Sovet İttifaqındakı praktiki olaraq bütün böyük millətçi qrupların - ukraynalıların, ermənilərin, litvalıların, latışların, estonların xaricdə fəal mühacirət təşkilatları var və onlar vətənlərində öz həmvətənlərinin müstəqilliyi uğrunda mübarizə aparırdılar”. 

KQB generalı xüsusi olaraq qeyd edir ki, DTK “Daşnaksütyun” mühacirət qrupuna daha uğurlu və əsaslı şəkildə nüfuz edə bilib:

“Daşnaksütyun” əvvəllər müstəqil Ermənistan dövlətinin yaradılması uğrunda mübarizə aparan qatı millətçi qrup olub. Amma zaman keçdikcə biz oraya o qədər agentlər yerləşdirdik ki, onların bəziləri hətta yüksək səviyyəli rəhbər vəzifələrə də yüksəldilər. Biz bu qruplaşmanı effektiv şəkildə zərərsizləşdirə bildik və artıq 1980-ci illərdə Daşnaksütyun Ermənistanda Sovet hakimiyyətinə qarşı mübarizəni dayandırdı. Təşkilatın bir çox üzvləri KQB tərəfindən işə götürülüb”.

Müəllif daha sonra əlavə edir ki, uzun illər sonra, 1992-ci ildə Daşnaksütyun liderləri və digər erməni millətçi xadimləri yetərincə “millətçilik nümayiş etdirmədiyi” üçün Ermənistan prezidenti Levon Ter-Petrosyana hücum ediblər.

Ermənistanın ilk prezidenti ilə Moskvadakı mənzilində bir neçə dəfə mehriban söhbətlərini xatırladan Kalugin bildirib ki, Levon Ter-Petrosyana hücum olanda ona zəng edib:

Levon Ter-Petrosyan “Daşnaksütyun”un hücumlarını dəf etmək üçün mənə müraciət etdi. Mən ona və erməni mətbuatına 1970-ci illərdə DTK-nın bu təşkilata dərindən nüfuz etməsi barədə məlumat verdim”.

General-mayor Oleq Kalugin yuxarıda sadalanan faktlarla bağlı “Birinci şöbə” kitabında da geniş bəhs edib. Kitabdan çıxarışlar erməni fəallar tərəfindən sosial şəbəkə platformalarında geniş şəkildə yayılmaqdadır. 

“Canlı arxivin” - Kaluginin ortaya qoyduğu faktlara təbii ki, ağızbüzən millətçilər də var, lakin onların sayı çox deyil. Nəticə etibarı ilə erməni cəmiyyəti də həqiqətləri anlamağa çalışır və buna məcburdur!

# 3999
avatar

Rəşad Sarıyev

Oxşar yazılar