Bu il hansı məhkumlar əfv edilə bilər? - AÇIQLAMA
14 may 2024 14:28 (UTC +04:00)

Bu il hansı məhkumlar əfv edilə bilər? - AÇIQLAMA

Bu il 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi Əfv Sərəncamının imzalanacağı gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları davam edir, əfv üçün müraciətlərə baxılır.

Komissiyanın üzvü Əliməmməd Nuriyev Lent.az-a açıqlamasında ay sonuna qədər iclasların yekunlaşacağını bildirib:

"Müraciətlərin kimliyini açıqlamaq qanunvericiliklə qadağandır. Ötən aydan iclaslarımız başlayıb və hələ də davam edir. Hər iclasda yüzlərlə müraciətə baxılır. Bu ayın sonuna qədər iclasların yekunlaşacağı gözlənilir". 

Əfvlə bağlı məhkumların və yaxınlarının müraciət etdiyi hüquq müdafiəçilərindən biri də Çingiz Qənizadədir. O, Lent.az-a bildirib ki, 30-a yaxın müraciəti komissiyaya göndərib:

"Müraciətlər çox idi. Onların arasından 30-a yaxınını seçib komissiyaya göndərdik. Yekun qərarı komissiya verəcək". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4098
avatar

Fidan İlqar

Oxşar yazılar