Britaniya bu azərbaycanlılara  sanksiya tətbiq etdi 
27 sentyabr 2022 18:39 (UTC +04:00)

Britaniya bu azərbaycanlılara sanksiya tətbiq etdi 

Böyük Britaniya Rusiyanın tanınmış iş adamlarına qarşı sanksiya siyahısını genişləndirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, siyahıda əslən Azərbaycandan olan tanınmışlar da var. Onlar “Kiyevskaya Ploşad” şirkətinin təsisçisi Qod Nisanov, Ural Mədən-Metallurgiya şirkətinin təsisçisi İsgəndər Mahmudovdur. Bundan başqa, siyahıya “Areti” şirkətlər qrupunun rəhbəri İqor Makarov da düşüb.

Qod Nisanov

Bank sektorundan “Sberbank”, “Qazprombank” və “Sovcombank”ın top menecerləri Britaniya sanksiyaları altına düşüb. Onların arasında “Sberbank”ın idarə heyətinin sədr müavinləri Olqa Qolodets və Stanislav Kuznetsov, ötən həftə vəzifəsini tərk edən müşahidə şurasının üzvü, Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk, idarə heyətinin keçmiş sədr müavini Bella Zlatkis, “Qazprombank” İdarə Heyətinin sədr müavini Famil Sadıqov

Famil Sadıqov

və İlya Yeliseyev, “Sovcombank”ın İdarə Heyətinin üzvləri İlya Brodski, Anatoli Braverman, Aleksey Fisun, Dmitri və Sergey Xotimski də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3912
avatar

Oxşar yazılar