Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis edilir.
Lent.az-ın APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihə müzakirə olunaraq bir oxunuşda qəbul edilib.
***
12:03
Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.
Lent.az-ın APA-ya istinadla xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail dövlətində (Tel-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Bu barədə deputat Kamal Cəfərov məlumat verib.
Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.