Alman ekspert:  "Bu konfliktdə Azərbaycanla döyüşəsi olsaydıq, şansımız olmazdı"
14 iyun 2021 15:51 (UTC +04:00)

Alman ekspert: "Bu konfliktdə Azərbaycanla döyüşəsi olsaydıq, şansımız olmazdı"

“Almaniya Silahlı Qüvvələri bu konkret münaqişədə Azərbaycanla döyüşəsi olsaydı, çətin ki, şansı olardı”. Bu sözləri Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Maykl Karl bildirib. 
Maykl Karl onu da qeyd edib ki, Azərbaycanın Ermənistana qarşı istifadə etdiyi PUA və kamikadze dronlarla alman ordusu  qarşılaşsaydı, özünü kifayət qədər qoruya bilməzdi: “Müasir döyüşdə yeni texnologiyalara və ən son döyüş texnikalarına sahib olmalısan. Almaniya bu baxımdan o qədər də pis deyil, ancaq gələcəyin müharibə texnologiyaları sürətli şəkildə inkişaf etməkdə davam edir. Alman ordusu bu sürətə ayaq uydurmalıdır”. 

Podpolkovnik onu da qeyd edib ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) döyüş və kamikadze dronları kimi istifadə olunan silah sistemlərinə qarşı yetərincə müdafiə oluna biləcək təchizatda deyil. Onun fikirlərinin yer aldığı dailysabah.com-dakı məqalədə Azərbaycanın Ermənistanla uzun illərdir davam edən münaqişədə Türkiyənin “Bayraktar TB-2” və İsrailin “Hermes 900” dronlarından istifadə etdiyi, bunun da Bakıya hava üstünlüyü qazandırdığını xüsusi qeyd olunub. 
“Azərbaycan Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz təyyarələr sayəsində Dağlıq Qarabağı geri aldı”. 
Alman ekspertin fikrincə, Azərbaycan Ermənistanla münaqişəsində Türkiyənin “Bayraktar TB-2”sini və İsrailin “Hermes 900”ünü istifadə etdi ki, bu da Bakıya havada üstünlük verdi”. Məqalədə o da qeyd olunur ki, 7 ildir Türkiyə ordusunda istifadə olunan “Bayraktar TB-2” pilotsuz uçuş aparatları döyüş PUA-sı halına gətirilib.  Onun 93 faiz detalı Türkiyədə istehsal olunur. Bu PUA-lar isə hazırda Türkiyə, Ukrayna, Azərbaycan və Qətərdə var.
 

# 1323
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar