Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyalar ictimaiyyətə təqdim edilib.