Azərbaycan daha 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
11 erməni hərbçinin meyitinin qalıqları Qırmızı Bazar qəsəbəsində qarşı tərəfə verilib.
Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.
Qeyd edək ki, indiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1697 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib.