Səfər Əbiyev İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18 iyul 2012 13:33 (UTC +04:00)

Səfər Əbiyev İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi general Biacio Abrate ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müstəqillik əldə etdiyi gündən Azərbaycanın Avropa birliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verdiyini qeyd edən müdafiə naziri bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin dinc qaydada həllinə maneçilik törədən problemlər barədə qonağı məlumatlandırıb.

Azərbaycan torpaqlarının 20 ilə yaxın işğal altında qaldığını, bir milyondan artıq soydaşımızın yurd-yuvasından didərgin düşdüyünü vurğulayan nazir S. Əbiyev Ermənistanın yenə də bu təcavüzkar siyasətdən əl çəkmədiyini diqqətə çatdırıb. O, belə bir vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsinin və torpaqlarımızın işğaldan azad olunmasının prioritet təşkil etdiyini bildirib. Görüş zamanı İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar