Fransa səfiri: “Azərbaycanla bir-birimizə deyəcəklərimiz çoxdur” – MÜSAHİBƏ
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin Fransanın Milli Bayramı – Bastiliyanın Alınması günü münasibətilə APA-ya müsahibəsi
- Azərbaycan ilə Fransa arasında olan münasibətləri necə qiymətləndirirsiniz?
- İki ölkə arasında münasibətlər əladır və inkişaf etməkdədir. Həm siyasi, həm də iqtisadi və mədəni planda birgə həyata keçirəcəyimiz bir çox layihə var. Təmaslar çoxsaylıdır, Azərbaycanın iqtisadi və mədəni imkanları çox perspektivlidir. Fransa Azərbaycanın inkişafında onu müşayiət etmək və qeyd etdiyim sahələrdə onunla öz təcrübəsini bölüşmək arzusundadır.
- Fransa Azərbaycanda hansı mədəniyyət layihələri həyata keçirir?
- Mədəniyyət layihələri hazırda Fransanın Azərbaycandakı İnstitutu (FAİ - Füzüli küçəsində yerləşən Fransız Mədəniyyət Mərkəzinin yeni adı - red.) tərəfindən həyata keçirilir. Bir çox layihələr - konsertlər, master-klasslar, konfranslar Azərbaycan qurumları və QHT-lərin iştirakı ilə hazırlanır. Məqsədimiz FAİ-nin insanlara, o cümlədən də fransız dilini bilməyənlərə açıq olmasına nail olaraq sinerji yaratmaqdır. Əlbəttə, FAİ Bakıda fransız dilinin öyrənildiyi yer olaraq qalır: tələbələr, şagirdlər, müxtəlif sahədə işləyən şəxslər buraya əsasən bu məqsədlə gəlirlər. Bundan əlavə, Fransa və Azərbaycan prezidentləri Bakıda fransız məktəbi yaratmaq qərarına gəliblər. İki ölkə arasında münasibətlərin inkişafında çox vacib olacaq bu tədris müəssisəsinin yaradılması üçün hazırda müzakirələr gedir, hətta deyə bilərəm ki, Azərbaycanın birinci xanımının iştirakı sayəsində bu müzakirələr xeyli irəliləyib. Məktəbin tikilməsində ARDNŞ-ın rolu fundamental olacaq. Bunun sayəsində, daha çox Fransa vətəndaşı işləmək üçün Azərbaycana gələ biləcək, çünki onlar övladlarının təhsilinin təmin olunduğundan əmin olacaq. Həmçinin daha çox azərbaycanlı şagirdlər bu məktəbdə təhsil aldıqdan sonra fransız universitetlərinə daxil olmaq imkanı əldə edəcəklər. Gördüyünüz kimi, mədəniyyət və təhsil fəaliyyətimizin əsası Azərbaycanla əməkdaşlığı gücləndirməkdir. Fransız dilinin tədrisi buna nail olmağın vasitələrindən biridir. Məhz bu məqsədlə səfirlik Azərbaycanın inzibati qurumlarının işçilərinə fransız dili dərsləri təqdim edir.
- Fransada neçə azərbaycanlı tələbə təhsil alır?
- Fransada bir neçə kateqoriyaya aid tələbə var: Azərbaycan dövlətinin hesabına, Fransa dövlətinin hesabına və öz hesabına təhsil alan tələbələr. Tələbələrin əksəriyyəti hüquq, iqtisadiyyat, siyasi elmləri, digərləri kimya, biologiya, biznes, fransız dili və hətta musiqişünaslığı öyrənir. Hazırda Fransada 150-200-ə yaxın azərbaycanlı tələbə təhsil almaqdadır. Lakin bu rəqəm dəqiq olmaya bilər. Çünki öz hesabına təhsil alan tələbələr təhsillərini davam etdikləri barədə bizi heç də hər zaman məlumatlandırmırlar. Tələbələrin 95%-i təhsili fransız dilində, digərləri ingilis dilində alır.
- Prezident Nikola Sarkozi Azərbaycana səfər etməyi planlaşdırırdı. Bu səfərin nə zaman baş tutacağı gözlənilir? Yaxın gələcəkdə Azərbaycana hansı rəsmi səfərlər nəzərdə tutulub?
- Bəli, Fransanın dövlət başçısı Azərbaycana səfər etmək niyyətini bildirib. Bu səfərin dəqiq tarixi barədə hələ rəsmi məlumat almamışam. Bilirsiniz ki, Fransa hazırda “Böyük 8-lik” və “Böyük 20-lik”ə sədrlik etməkdədir, bu da iş qrafikinin olduqca gərgin olmasına gətirib çıxarır. Lakin iki ölkə arasında qarşılıqlı şəkildə digər səfərlər həyata keçirilir. İlk dəfədir ki, ilin əvvəlindən Bakıya Fransanın iki naziri: nəqliyyat naziri Tyeri Mariani və əməkdaşlıq naziri Anri dö Rənkur gəlib. Azərbaycan tərəfindən Əli Abbasov fransalı həmkarı ilə Parisdə görüşüb. Nazir Kəmaləddin Heydərov da Parisə səfər edib. Xarici İşlər naziri Elmar Məmmədyarov isə iyulun 7-də Parisə səfər edərək Fransanın xarici işlər və Avropa məsələləri naziri Alen Jüppe ilə görüşüb. Bu mübadilələrin tezliyi və səviyyəsi sübut edir ki, bir-birimizə deyəcəklərimiz çoxdur və əməkdaşlıq sahələri azsaylı deyil.
- Ölkələrimiz arasında ticarət mübadiləsi hansı həcmdədir? İqtisadi böhran buna təsir göstəribmi?
- İqtisadi böhran və karbohidrogenlərin qiyməti 2008-ci ildə Fransanın Azərbaycandan alış həcminin azalmasına səbəb olmuşdu. Lakin 2009-cu ildən etibarən müsbət yenidən tendensiya başlayıb. İki ölkə arasında ticarət mübadiləsi hər il 2 milyard avroya yaxın olur. Fransa şirkətləri sərmayələri üçün mühüm maliyyə resurslarına malik Azərbaycan iqtisadiyyatının diversifikasiyasını müşayiət etmək istəyir. Hazırda fransız təcrübəsi aeronavtika, ekologiya, fəza tədqiqatları, ictimai nəqliyyat vasitələri sahələrində fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatının onurğa sümüyü olan neft və qaz sahələrində də fransız şirkətləri fəaliyyət göstərirlər. Bunlardan, “Total” ilk vaxtlardan bu sahədədir və hazırda Abşeron qaz blokunda tədqiqatlar həyata keçirir, “GDF-Suez” isə bu yaxınlarda fəaliyyətə başlayıb. Bu böyük qrupların Azərbaycanda mövcudluğu ən güclü fransız şirkətlərinin bu ölkənin inkişafında maraqlı olduqlarını göstərir.
- İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Fransa hökumətlərarası komissiyanın növbəti iclası nə vaxta nəzərdə tutulub və hansı mövzular müzakirə olunacaq?
- Haqqında danışdığım bütün işlər iqtisadiyyat və ticarət üzrə birgə komissiyanın növbəti iclasının proqramındadır. Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifovun həmsədrlik etdiyi bu komissiyanın növbəti iclasının payızın əvvəlində Parisdə keçirilməsi nəzərdə tutulur.
- Gözləntilərə baxmayaraq, prezidentlərin Kazan görüşündə Azərbaycan və Ermənistan arasında Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərı üzrə razılıq əldə olunmadı. Fikrinizcə, bu görüşü uğursuzluq kimi qiymətləndirmək olarmı? Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən Fransa öz fəallığını artırmağı planlaşdırırmı? Belə ki, digər vasitəçi ölkə olan Rusiyanın cəhdləri hələlik nəticə vermir...
- Əlbəttə biz məyus olduq ki, Kazan sammitində gözlənilən bütün nəticələr əldə olunmadı. Lakin iştirakçıların fikrinə görə, müəyyən irəliləyişlər əldə olunub. Tərəflərin hər birinin gözləntiləri və səyləri ilk növbədə diqqəti hansı məsələlərə cəmləmək lazım olduğu indi daha aydın göstərir. Əlbəttə stəkanın yarıya qədər dolu, yaxud yarıyadək boş olduğunu demək olar. Lakin mühüm olan odur ki, hamı hesab edir ki, danışıqlar davam etməlidir və yalnız danışıqlar bu problemi həll edə bilər. Bu tərəflərin hər birindən cəsarət tələb edir. Həmçinin məmnunluqla müşahidə etdim ki, hər iki tərəf ictimai rəyləri zəruri kompromislərə daha yaxşı hazırlamağın lazım olduğu ilə razılaşdı. Bunun üçün hər kəsin özünə uyğun yerini və rolunu tapacaq güclü və plüralist vətəndaş cəmiyyətinin qurulmasını ruhlandırmaq lazımdır. Əgər münaqişə tərəflərindən biri bütün məsələlərdə məmnunluq əldə etmək istəyirsə, həmin tərəf ölkəsinin ictimai rəyini məyus etməklə sülh prosesini uğursuzluğa düçar etmək arasında seçim etməlidir. Həmçinin 2006-cı ildən bəri əldə olunanlar danılmazdır və haqqında razılığın demək olar ki, əldə olunduğu Madrid prinsipləri irəliləyiş təşkil edir, bu irəliləyişi yarıdan tərk etmək məsuliyyətsiz olardı. Fransa, həm öz prezidentinin fəaliyyəti ilə, həm də Minsk Qrupunun həmsədrliyində öz nümayəndəsinin təcrübəsi ilə göstərir ki, bu prosesdə yaxından iştirak edir. Fransa, bu prosesi başa çatdırmaq üçün bütün səylərini davam etdirməkdədir. Fransalı nazir Alen Jüppe 1 iyul tarixində “Exo Moskvı” radiosunda tərəflərə yeni təkliflər ediləcəyini bildirib və keçən həftə azərbaycanlı həmkarı Elmar Məmmədyarova cəhdlərimizi davam etmək üçün hazır olduğumuzu bir daha deyib.

597