Azərbaycanda kişi yemək bişirməyən  arvadını döydü
23 oktyabr 2025 16:51 (UTC +04:00)

Azərbaycanda kişi yemək bişirməyən arvadını döydü

0

Şəmkirdə ər arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Qapanlı kəndində baş verib.

53 yaşlı kənd sakini Murad Bəşirov (ad və soyad şərtidir) işdən evə gələndə yemək olmadığını görüb. Səbəbini soruşanda isə arvadı ona kobud cavab verib və təhqir edib. Murada da buna əsəbiləşərək, qadını döyüb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı ilə 17 il əvvəl rəsmi nikaha daxil olublar və 4 övladları var:

“Münasibətimiz daim yaxşı olub. Son aylardır aramızda mübahisələr baş qaldırıb. Həmin gün işdən ac gəlmişdim. Gördüm yemək hazır deyil. Səbəbini soruşanda arvadım məni təhqir etdi. Əsəbiləşib yumruqla sifətinə zərbə vurdum. O da anasının evinə çıxıb getdi. Əməlimdən peşmanam”.

Zərərçəkən isə ifadəsində bildirib ki, əri son aylar mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün aralarında mübahisə, dava-dalaş olur.

Bu əməlinə görə, Murad Bəşirov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi başlanıb.

Şəmkir rayon Məhkəməsində Nazlı Heydərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 808

Oxşar yazılar