Maykl Ceksonun qızı milyonlarla dollarlıq mirası “YEDİ BİTİRDİ”
23 oktyabr 2025 10:31 (UTC +04:00)

Maykl Ceksonun qızı milyonlarla dollarlıq mirası “YEDİ BİTİRDİ”

0

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun qızı Paris Cekson atasının mirasının 65 milyon dollarını (təxminən 2,7 milyard TL) qısa zamanda xərclədiyi iddiaları ilə gündəmə gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki,  ABŞ mətbuatına danışan mənbələrə görə, Parisin dəbdəbəli həyat tərzi onun ailəsini narahat edir. Bir ailə dostu dedi ki, "Paris rok ulduzu kimi yaşayır. Şəxsi təyyarələr, dizayner paltarları, beşulduzlu tətillər. Milyonlarla dollar su kimi yoxa çıxır".

Milyonlarla dolları peçenye kimi əzdi
Məhkəmə sənədlərinə görə, Paris Cekson təkcə 2021-ci ildə 3,27 milyon dollar (təxminən 137 milyon türk lirəsi) xərcləyib. Bu puldan:

Aylıq kirayə haqqı 18500$,

Səyahət üçün 26.000 dollar, 123 min dolların musiqi istehsalına sərf edildiyi bildirilib.

Qardaşı Prinsin eyni dövrdə illik xərcləri təxminən 2,1 milyon dollar (təxminən 88 milyon TL), Bigininki isə 1 milyon dollar (təxminən 42 milyon TL) civarında olub. Paris və vəkilləri iddia edirlər ki, əmlakın icraçıları Con Brens və Con Makkleyn “həddindən artıq bonus ödənişləri” alıblar. Parisin hüquq qrupu 2018-ci il məhkəmə iddiasında belə dedi:

Cəmi altı ay ərzində üç hüquq firmasına cəmi 625.000 dollar ödənilib. Bu ödənişlərin bəziləri artıq yüksək maaş alan vəkillərə verilən “bonuslar” kimi görünür. Hüquqşünaslar isə bu iddiaları rədd edərək ictimaiyyətə xatırladıblar ki, Maykl Ceksonun 2009-cu ildə ölümü zamanı 500 milyon dollar borcu olan mülkünü bu gün 2 milyard dollara çatdırıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 730

Oxşar yazılar