Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.
Qeyd olunub ki, “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 Mərakeş Krallığı vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə 3 nəfər Pakistan İslam Respublikası vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.