Britni Spirsin keçmiş əri: "Oğullarımın otağına bıçaqla girirdi..."
23 oktyabr 2025 14:35 (UTC +04:00)

Britni Spirsin keçmiş əri: "Oğullarımın otağına bıçaqla girirdi..."

0

Amerikalı müğənni Britni Spirsin keçmiş əri Kevin Federlayn onların nikahında xəyanətlərdən danışaraq və sənətçinin bıçaqlarla oğlanların otağına girdiyini iddia edərək açıqlamaları ilə şok yaradıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ifaçının eks-sevgilisi hazırda xatirələrini nəşrə hazırlayır.

O, bu kitabda yenidən müğənni ilə münasibətlər mövzusuna toxunub. Federlayn ifaçı ilə keçirdiyi illəri “dəhşətli” adlandırır. Onun sözlərinə görə, Britninin qeyri-adekvat davranışları ilə üzləşirmiş, xəyanətlərinə dözürmüş və o, narkotik maddələrdən istifadə edir, alkoqol asılılığı varmış.

Hazırda isə Federlayn keçmiş həyat yoldaşının psixi vəziyyətindən ciddi narahat olduğunu bildirir. O, qəyyumluğun ləğvini səhv hesab edir. Keçmiş ər deyir ki, sanki Britni qayıdışı olmayan bir şeyə doğru gedir.

Federlayn həmçinin müğənninin oğlanları ilə münasibətləri barədə də açıqlama verib. Ceyden və Şon anaları ilə yenidən əlaqə qurublar. Lakin Federlayn iddia edir ki, uşaqlar sənətçinin davranışına görə onun evinə qayıtmaq istəmirlər. Guya onlar atasına danışıb ki, gecə yuxudan oyananda Spirsin bıçaqlarla onların otağına girdiyini görüblər.

“Bəzən gecə oyanırdılar və görürdülər ki, o sakitcə qapıda dayanıb, onların yuxusuna baxır: “Aa, yatmamısınız?” – əlində bıçaqla. Sonra heç nə demədən dönüb çıxıb gedirdi”, – Federlayn iddia edir.

Britni Spirs keçmiş ərinin qalmaqallı xatirələrinə reaksiya verib. Sənətçi bildirib ki, o, daim eks-sevgilisinin qazlaytinqinə məruz qalır. Müğənni deyir ki, onun yeganə istəyi oğlanları ilə münasibətləri qaydaya salmaqdır, lakin uşaqlara daim analarının pis olduğu təlqin olunur. Sənətçinin sözlərinə görə, məhz Federlayna görə o, övladlarını görə bilmir.

“Mən həmişə yalnız oğlanlarımla sakit həyat arzulamışam. İstəyirdim ki, onlar mənim dünyamın bir hissəsi olsunlar. Amma təəssüf ki, onlar atalarının mənə hörmətsizlik mühitində böyüdülər. Oğullardan biri məni son beş ildə cəmi 45 dəqiqə görüb, digəri isə cəmi dörd dəfə. Bu kitabdakı günahsız yalanlar mənim üstümə çökdü”, – Britni deyib.

Müğənninin nümayəndələri də açıqlama veriblər. Onlar qeyd ediblər ki, oğlanlara aliment ödənişi müddəti başa çatıb. Onların sözlərinə görə, Federlayn bu yolla keçmiş həyat yoldaşının adına qazanc əldə etməyə çalışır.

Qeyd edək ki, Britni Spirs və Kevin Federlayn 2004–2006-cı illərdə evli olublar. Cütlüyün iki ortaq oğlu var – Şon və Ceyden. Onlar boşandıqdan sonra, müğənni fəaliyyət qabiliyyətsiz hesab edildiyinə görə, uşaqlara qəyyumluq Federlayna keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar