Xəstə heyvan əti ilə bağlı YENİ XƏBƏR
23 oktyabr 2025 10:17 (UTC +04:00)

Xəstə heyvan əti ilə bağlı YENİ XƏBƏR

0

Qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq nəticələri açıqlanıb.

AQTA-dan Lent.az-a verilən məlumata görə, digər qurumlarla birgə küçələrdə və baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə aparılan kəsimlərin qarşısını almaq üçün monitorinqləri davam etdirir.

Bu ilin əvvəlindən 22 oktyabra qədər respublika üzrə 4652 heyvan kəsimi və ət satışı məntəqəsində yoxlama aparılıb. Nəticədə 698 obyekt barəsində inzibati tədbir görülüb, 65 yerdə qanunsuz quraşdırılmış kəsim qurğuları sökülüb (onlardan 11-i təkrar qurğu olub).

Həmçinin 1244 halda ətin soyuducuda saxlanılmadığı, 1277 halda isə baytarlıq sənədi olmadan satış edildiyi müəyyən olunub və bununla bağlı icrası məcburi göstərişlər verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 658

Oxşar yazılar