Xiaomi 17 smartfonları təqdimatdan bir neçə gün əvvəl “canlı” fotolarda göstərildi
23 oktyabr 2025 16:37 (UTC +04:00)

Xiaomi 17 smartfonları təqdimatdan bir neçə gün əvvəl “canlı” fotolarda göstərildi

0

"Xiaomi"nin yeni nəsil flaqman smartfonları Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max Çinin Weibo sosial şəbəkəsində “canlı” fotolarda göründü.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi təqdimata cəmi bir neçə gün qalıb yeniliklər 25 sentyabrda tam şəkildə nümayiş olunacaq.

Rəng seçimləri və dizayn

Hər iki Pro-model ağ, qara, yaşıl və bənövşəyi rənglərdə satışa çıxacaq. Xiaomi ənənəsinə uyğun olaraq, Çin bazarı üçün eksklüziv rəng variantları da təqdim edə bilər.

Yeni modellərdə düzbucaqlı kamera bloku olacaq və bu dizayn iPhone 17 Pro-ya bənzəyəcək. Əlavə olaraq arxa paneldə Magic Back Screen adlı ikinci ekran yerləşəcək istifadəçilər onun vasitəsilə selfi çəkə, saat siferblatını göstərə, animasiyalı divar kağızları və batareya göstəricisini izləyə biləcəklər.

Xiaomi 17 baza modeli

Baza versiya ağ, qara, çəhrayı və mavi rənglərdə çıxacaq. Arxa paneldə simmetrik sensor yerləşdirilməsi ilə tanış kamera dizaynı saxlanılıb. Ekran 6,3 düym ölçüdədir və yalnız 1,18 mm-lik incə çərçivə ilə təchiz olunub ki, bu da displeyin daha “tam ekran” görünüşü verməsinə imkan yaradır.

Xiaomi 17 Pro Max batareya rekordu

Əvvəlki sızmalara görə, Xiaomi 17 Pro Max şirkət tarixində rekord sayılan 7500 mA•s tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə, 100 Vt sürətli şarj dəstəyi olacaq. Bu buraxılışla Xiaomi 16 seriyasını atlayaraq birbaşa 17-yə keçib, məqsəd isə yeni iPhone 17 seriyası ilə rəqabəti birbaşa qurmaqdır.

Xiaomi 17 Pro və 17 Pro Max

Xiaomi 17, 17 Pro və 17 Pro Max yan-yana

Bütün gözlənilən rənglərdə Xiaomi 17 seriyası


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar