Şagird məktub yazıb özünü öldürdü
23 oktyabr 2025 13:29 (UTC +04:00)

Şagird məktub yazıb özünü öldürdü

0

Rusiyanın Sankt-Peterburq şəhərində şagird intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Sosnovskaya mikrorayonunda qeydə alınıb. 11-ci sinif şagirdi öz otağında anası tərəfindən ölü halda tapılıb. Onun intihar etdiyi məlum olub.

Hadisə yerinə gələn polis əməkdaşları mənzildə bir məktub tapıblar. Həmin məktubda şagird həyatın mənasızlığından yazıb və anası ilə vidalaşıb.

İstintaq Komitəsi bu faciənin bütün hallarını intihara cəlbetmə maddəsi üzrə açılmış cinayət işi çərçivəsində araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 956

Oxşar yazılar