Cəlilabadda "cip" aşdı:  5 nəfər yaralandı
23 oktyabr 2025 10:29 (UTC +04:00)

Cəlilabadda "cip" aşdı: 5 nəfər yaralandı

0

Cəlilabadda maşın aşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Təklə kəndi ərazisində qeydə alınıb.

"Nissan X-Trail" markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə, avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar.

Nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.

Xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar