Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO
Lent.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı Sergey Lavrovun ölkəmizə bu səfərinin Kazan görüşü zamanı müzakirə edilən məsələlərlə əlaqədar olmasının önəmini qeyd edib. İkitərəfli əlaqələrimizin inkişaf səviyyəsinin çox böyük razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bu münasibətlərin ölkələrimiz və region üçün vacib olduğunu vurğulayıb. Prezident İlham Əliyev dinamik və uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin gündəliyini bir daha müzakirə etmək üçün səfərin yaxşı imkan yaratdığını deyib.
Sergey Lavrov Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun Rusiyadan, ABŞ və Fransadan olan həmsədrlərinin iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı keçirilən müzakirələrin nəticəsi olaraq məsələnin həlli ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinə müraciət hazırladığını deyib və həmin müraciəti dövlətimizin başçısına çatdırıb.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29