Ermənistan Azərbaycandan maksimum güzəştlər tələb edir
25 iyun 2011 17:20 (UTC +04:00)

Ermənistan Azərbaycandan maksimum güzəştlər tələb edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünün yekunu ilə bağlı açıqlama ilə çıxış edib.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı açıqlamada nazir Kazan görüşündə prinsipial məsələlər üzrə kompromis əldə olunmamasından təəssüfləndiyini bildirir: “Səbəb isə odur ki, Ermənistan tərəfi Azərbaycandan maksimum güzəştlər tələb etməklə yeddi il əvvəl başlanmış danışıqlar prosesinin mahiyyətinə xələl gətirməyə çalışır”.

E.Məmmədyarov qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü danışıqlar prosesinin ən uzunmüddətli formatlarından biridir: “Görüşdə münaqişənin nizamlanmasında tərəqqi əldə etmək yolunda maneə olan problemli məsələlər üzrə müzakirələr aparıldı. Prezidentlər mövqelərin yaxınlaşması üçün ortaq nöqtələr axtarmağı davam etdirməyi qərara aldılar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar