Qənirə Paşayeva: “Ümid edirik ki, Sarkisyandan AŞPA-nın qətnamələrini yerinə yetirməyi tələb edəcəklər”
APA-nın Avropa bürosunun məlumatına görə, polşalı deputat Dariusz Lipinskinin hazırladığı bu hesabatla bağlı əsasən Makedoniya, Türkiyə və Moldovada keçirilən son seçkilər, eləcə də Şimali Afrika ölkələrindəki son vəziyyət ətrafında müzakirə aparılıb. Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanın Azərbaycanın ərazilərinin işğal faktını bir daha avropalı parlamentarların nəzərinə çatdırıb:
“Təbii ki, bu gün Liviyada, Suriyada baş verənlər hamımızı ciddi narahat edir, amma Avropa Şurasının bir parçası olan Cənubi Qafqazda baş verənlər, yaşanan insan faciələri heç də az narahatlıq doğurmamalıdır. Bizim təşkilatımızın prinsiplərinə görə bir üzv ölkə digərinin ərazilərini işğal edə bilməz. Amma hamımızın gözü qarşısında Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və 1 milyona yaxın azərbaycanlını öz ev-eşiyindən, yurd-yuvasından didərgin salıb. Bu gün dünyanın heç bir yerində belə bir dəhşət yaşanmır ki, 1 milyona yaxın insan 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönə bilmir, öz yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər. Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnamə bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmir. Həmin qətnamədə Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmək tələb olunur. Amma Ermənistan nəinki Assambleyanın qətnaməsinə məhəl qoymur, eyni zamanda təşkilatın qərarlarına belə hörmətsizlik, sayğısızlıq edir.
Bilirsiniz ki, Assambleyanın qərarı ilə Dağlıq Qarabağ üzrə alt komitə yaradılıb. Biz bu komitənin yaradılmasını dəstəkləyirik və komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələrə və dialoqa hazır olduğumuzu bildirmişik. Çünki biz bu münaqişənin tənzimlənməsində, həll olunmasında maraqlıyıq. Amma Ermənistan nümayəndə heyəti Assambleya və Büronun qərarının əleyhinə çıxaraq onun işində iştirakdan imtina edir. Bu, əslində Assambleyanın qərarlarına bir hörmətsizlik olmaqla yanaşı, Ermənistan tərəfinin münaqişənin tənzimlənməsi istiqamətində heç bir addım atmaq niyyətində olmadığını, bu istiqamətdə dialoq və müzakirələri istəmədiyini göstərir. O üzdən biz Avropa Şurası Parlament Assambleyası rəhbərliyindən bu məsələ ilə bağlı sərt mövqeyin ortaya qoyulmasını gözləyirik. Avropa Şurası bu cür sayğısızlığa artıq yetər deməlidir”.
Qənirə Paşayeva bildirib ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus qəbiristanlıqları, tarixi-mədəni, dini abidələri məhv edirlər: “Bu gün minlərlə azərbaycanlı bu dəhşətlə yaşayır. Mən sizi onların hisslərinə laqeyd qalmamağa çağırıram! Bilirsiniz ki, çərşənbə günü Ermənistan prezidenti Serj Sarkisyan Assambleya qarşısında çıxış edəcək. Minlərlə günahsız azərbaycanlının qətlində birbaşa əli olan, bu qətliamlarda birbaşa iştirak edən, Avropa Şurasının prinsiplərini pozaraq bu təşkilatın üzvü olan Azərbaycanın torpaqlarını 15 ildən artıqdır ki, işğalda saxlayan, 1 milyona yaxın insanın öz evinə dönməsinə imkan verməyən bir şəxsin insan haqlarının müdafiəsi dəyərləri üzərində qurulmuş bir təşkilatda çıxış etməsini görmək nə qədər üzücü və təəssüf doğuran mənzərə olsa da, ümid edirik ki, təşkilatın rəhbərliyi və siz Ermənistan prezidenti ilə görüşlərdə və suallarınızda ondan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələri yerinə yetirməsini, alt komitənin işinə mane olmamasını, 15 ildən artıqdır ki, evinə dönə bilməyən 100 minlərlə azərbaycanlının öz evinə dönməsinə imkan verməsini, qəbiristanlıqların dağıdılmasının dayandırılmasını tələb edəcəksiniz”.

2741