Mətbuiat Şurası mitinqdə monitorinq aparıb
20 iyun 2011 12:32 (UTC +04:00)

Mətbuiat Şurası mitinqdə monitorinq aparıb

Şuradan Lent.az-a daxil olan məlumata görə, MŞ-in icraçı katibi Rəhim Hüseynzadə monitorinq zamanı prosesi işıqlandıran kütləvi informasiya vasitələri təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığının müəyyənləşdirildiyini bildirib.

R.Hüseynzadə deyib ki, aksiyanı işıqlandıran media nümayəndələrinin əksəriyyəti üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olublar. Bu, onların fərqlənmələrinə imkan verib. İcraçı katib həmçinin bəzi jurnalistlərin prosesə xüsusi geyimlərdə qatılmamalarına dair halların da olduğunu deyib: “Mətbuat Şurası həmişə bununla bağlı tövsiyyələrini verir. Kütləvi aksiyaları, xüsusən də icazəsiz xarakter daşıyan mitinqləri işıqlandıran bütün jurnalistlərin prosesə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə qatılmaları vacibdir. Bu, yarana biləcək hər hansı insident zamanı onların hüquqlarının müdafiə baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar