Azərbaycanlı qaçqın jurnalistlər beynəlxalq təşkilatlara müraciət etdi
Bu barədə Lent.az-a təşkilatdan məlumat verilib. “Biz nə dünyada bir qaçqının olmasını, nə də belə bir günün qeyd edilməsini istəyirik. İnsanlığa qarşı olan qüvvələr evində oturub öz işi ilə məşğul olan qocaları, qadınları öldürür, oyuncağı ilə oynayan körpələri qətlə yetirir, ya da onları öz dədə-baba torpağından məhrum edir. Belə bir şey XXI əsr insanına necə yaraşır? Azərbaycanlılar da 20 ildən artıqdır ki, belə problemlər yaşayırlar. Səbəb isə Ermənistanın təcavüzkarlığıdır. Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunub. Bir milyondan artıq azərbaycanlı qaçqın həyatı yaşayır. Bu 20 ildə yeni dünyaya gələnləri də nəzərə alsaq, qaçqınların sayı 1 milyon 300 minə yaxındır. Otuz minə yaxın insanımız öldürülüb. Minlərlə azərbaycanlı itkin düşüb” – deyə müraciətdə qeyd olunub.
Müraciətdə bildirilib ki, bu işğal jurnalistlərin fəaliyyətinə də mənfi təsir edib: “Biz qaçqın jurnalistlərik və bu problemi ailəmizlə birgə yaşayırıq. Sizə müraciətimizin səbəbi isə odur ki, ata-babalarımıza məxsus olan yerlər, onların dəfn olunduğu məzarlıq barədə dəqiq məlumat əldə etmək istəyirik. Çünki Ermənistanın işğalçılığı öz evimizə getməyə imkan vermir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrinə biz jurnalist olaraq, səfər etmək istəyirik. Biz valideynlərimizin evinə getmək, evlərinin vəziyyəti barədə onlara məlumat gətirmək istəyirik. Bu işdə səlahiyyət və imkanlarınız daxilində bizə yardımçı olmağınızı xahiş edirik”.
Qeyd edək ki, 2000-ci il dekabrın 4-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul olunmuş qətnamə ilə bu gün - 20 iyun Dünya Qaçqınlar Günü müəyyən edilib.
Mübariz Aslanov

531