“Aksiyada İctimai Palatanın 23 üzvü saxlanılıb”
19 iyun 2011 20:30 (UTC +04:00)

“Aksiyada İctimai Palatanın 23 üzvü saxlanılıb”

Bakı şəhər Baş Polis idarəsi və Başı şəhər Prokurorluğu İctimai Palatanın təyin etdiyi aksiya ilə bağlı birgə məlumat yayıb.


Baş Polis İdarəsindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının üzvləri 2011-ci il iyunun 19-da paytaxtın müxtəlif yerlərində toplantıların təşkili və keçirilməsi qaydasını və ictimai asayişi pozan hərəkətlərə yol veriblər.


Əksəriyyəti Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri olan bu qanunsuz aksiyanın iştirakçıları saat 17.00-dan başlayaraq, ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, şəhər nəqliyyatının normal fəaliyyətini pozub, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, xırda xuliqanlıq əməlləri törədib.


Görülmüş tədbirlərlə ümumi sayı 80 nəfərədək olan aksiya iştirakçılarından toplantıların keçirilməsi qaydasını pozub, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama və xırda xuliqanlıq xətaları törətmiş 23 nəfəri saxlanılıb. Onların əməlləri qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləşdirilərək 10 nəfər barədə toplanmış materiallar aidiyyəti məhkəmələrə göndərilib, daha 13 nəfər haqda ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar