YAP funksioneri: “Bugünkü hay-küy cəhdi müxalifətin iflasının sübutu idi”
19 iyun 2011 20:05 (UTC +04:00)

YAP funksioneri: “Bugünkü hay-küy cəhdi müxalifətin iflasının sübutu idi”

“Müxalifətin bugünkü etdikləri hay-küy cəhdlərini əgər “aksiya” adlandırmaq olsa belə, bu, onların növbəti iflasının və biabırçılığının bariz nümunəsi oldu. Guya neçə partiya bir yerə yığılıb aksiya keçirmək istəyir. Hansı ki, mən onları dərnək adlandırıram, çünki partiya deyil. Onlar şəhərin müxtəlif yerlərində bütövlükdə 40 nəfərə yaxın adam yığıb. Onların da hamısı ordan-burdan muzdla, ya başqa nə iləsə tutulmuş adamlardır. Belələri özləri polis tərəfindən saxlanmaq üçün qışqırırdı ki, sonradan orada olduğunu sübut eləsin. Nəticədə on minlərlə insanın istirahətini pozurdular”.


Bu açıqlamanı APA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov İctimai Palatanın (İP) bugünkü aksiya cəhdlərinə münasibət bildirərkən deyib.

O, “Nərimanov” kinoteatrının qarşısındakı parkda cəmi 4 nəfər aksiya iştirakçısı olduğunu da bildirib: “Bunların nə rəhbərləri, nə müavinləri, nə aparat işçiləri orada idi. Qabaqlar sədr müavinləri belə aksiyalara çıxırdı. Daha onlar da çıxmır”.


Səyavuş Novruzov bildirib ki, Azərbaycan xalqı Azərbaycan prezidentinin arxasındadır, onun siyasətini dəstəkləyir, xalqla hakimiyyət arasında böyük birlik var: “Bugünkü baş tutmayan aksiya biabırçılığı bunu bir daha sübut etdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar