İP aksiyada saxlanılan 36 nəfərin adını dəqiqləşdirib
19 iyun 2011 19:54 (UTC +04:00)

İP aksiyada saxlanılan 36 nəfərin adını dəqiqləşdirib

“İctimai Palatanın iyunun 19-a təyin etdiyi mitinqlə bağlı qurumun Mitinq Komitəsi fərqli bir taktika hazırlamışdı. Həmin taktiki varianta uyğun olaraq paytaxtın müxtəlif yerlərində tədbirlər keçirildi, şüarlar səsləndirildi”.


Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) katibi, Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı verib. O bildirib ki, əvvəlcədən elan olunmuş yerdə – “Nərimanov” kinoteatrının qarşısındakı əraziyə girmək üçün cəhdlər edildikdən və bir neçə nəfər saxlanıldıqdan sonra paytaxtın digər ərazilərində aksiya keçirilib. O, Dövlət Kukla Teatrının qarşısında, “İnşaatçılar”, “Gənclik” və “Neftçilər” metro stansiyalarının qarşısında və Ayna Sultanovanın heykəlinin qarşısında şüarlar səsləndirildiyini və plakatlar qaldırıldığını söyləyib.


G.Aslanlı polis tərəfindən saxlanılan aksiya iştirakçılarının 60 nəfərə yaxın olduğunu bildirib: “Artıq onlardan 36 nəfərinin adlarını dəqiqləşdirmişik. Saxlanılan İP üzvü Sevda Laçınlının halı pisləşib, bununla əlaqədar Nərimanov rayon Polis İdarəsinə həkim briqadası göndərilib. Lakin vəkil Əsabəli Mustafayevi içəri buraxmayıblar”.


G.Aslanlı saat 17.50 radələrində bir qrup polis əməkdaşının Müsavat Partiyası qərargahının qarşısına gəldiyini, təxminən 15-20 dəqiqə qaldıqdan sonra çıxıb getdiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar