AXCP və Müsavat Partiyasının bir neçə üzvü polisə aparılıb
APA-nın xəbərinə görə, İP-nin yaydığı məlumatda bildirilir ki, Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyev və partiyanın Sabirabad rayon təşkilatının sədri Azər İsmayılova, Sabirabad rayonunda fəaliyyət göstərən AXCP fəalları - Səttar Şahlarov, Sahib Rüstəmov, Tofiq Zeynalov və digər iki nəfərə mitinqə getməmək haqqında xəbərdarlıq olunub.
Bu gün səhər Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəalları Elçin Səlimov Sumqayıt şəhərindəki 3-cü polis bölməsinə, Rövşən Muradov 1-ci polis bölməsinə, Xanım Mirzəyeva və AXCP-nin Sumqayıt təşkilatının sədri Mahir Qulubəyli isə 4-cü polis bölməsinə aparılıb.

445