ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Bakıya gəlir
ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Andryu J. Şapiro gələn həftə Azərbaycana gələcək. APA-nın Vaşinqtondakı müxbirinin Dövlət Departamentindən aldığı məlumata əsasən, iyunun 24-25-də baş tutacaq səfər çərçivəsində cənab Şapiro yüksək vəzifəli mülki və hərbi zabitlərlə görüşlər keçirəcək, ümumi təhlükəsizlik probleminin həllinə yönəlmiş diplomatik təşəbbüslər barədə fikir mübadiləsi aparacaq.
Qonaq həmçinin ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunda ABŞ nümayəndə heyətinə də başçılıq edəcək. Dialoq beynəlxalq təhlükəsizlik məsələlərinə həsr olunacaq və dəniz təhlükəsizliyi, terrorla mübarizə, sərhəd təhlükəsizliyi, nüvə silahının yayılmaması sahələrində ikitərəfli əməkdaşlığı genişləndirmək barədə müzakirələri əhatə edəcək.

523