Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət edib
MŞ-dan APA-ya verilən məlumata görə, müraciətdə iyunun 15-də Bakıda ABŞ jurnalisti Amanda Erikson və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Silviya Devisə naməlum şəxslər tərəfindən fiziki təzyiq göstərilməsi pislənib, hadisədən ciddi narahatlıq ifadə olunub.
Müraciətdə bildirilir ki, A.Erikson və S.Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson həmçinin ABŞ-ın nüfuzlu «Vaşinqton post» və «Nyu-york times» qəzetləri ilə də əməkdaşlıq edir. «Mətbuat Şurası hər iki şəxsə qarşı təzyiq faktını pisləyir, bunu ölkəmiz barədə mənfi rəy yaratmağa yönələn təxribat xarakterli əməl kimi dəyərləndirir».
Məktubda, həmçinin hadisəni törədənlərin tezliklə tapılaraq qanuna müvafiq surətdə məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis naməlum şəxslərin hücumuna məruz qalıb.
A. Erikson şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək naməlum şəxslərin hücumuna məruz qaldıqlarını bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.

416