Duma Azərbaycan-Rusiya sərhədilə bağlı razılaşmaya baxacaq
17 iyun 2011 11:26 (UTC +04:00)

Duma Azərbaycan-Rusiya sərhədilə bağlı razılaşmaya baxacaq

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, razılaşma 3 sentyabr 2010-cu ildə Bakıda imzalanıb. Razılaşmada qeyd olunan sərhəd xətti sovetlər dönəmində Azərbaycan Sovet Sosialist Respublikası və Dağıstan Muxtar Sovet Sosialist Respublikası arasındakı inzibati sərhədlərə uyğundur. Rusiya Azərbaycanın qonşuları sırasında dövlət sərhədləri barədə razılaşma imzalayan ilk ölkədir.

Az əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, hazırda Rusiya və Azərbaycanın qarşılıqlı olaraq bir-birinə qarşı torpaq iddiası yoxdur. Azərbaycan və Rusiya arasındakı sərhədin uzunluğu 284 kilometr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar