İctimai Palata “Nərimanov” parkını seçdi
Bu barədə Lent.az-a İP KŞ-nin üzvü Vidadi Mirkamal məlumat verib. O bildirib ki, iclasda qəbul olunan ən vacib qərar iyunun 19-da keçirilməsi planlaşdırılan mitinqlə bağlıdır: “Biz elə iclas zamanı Bakı Şəhər icra Hakimiyyətinə mitinqlə bağlı ünvanladığımız məktuba cavab aldıq. Bəlli oldu ki, BŞİH yenə bizim tələb etdiyimiz “Nərimanov” parkının qarşısındakı meydanı verməkdən imtina edib. İP KŞ-nin mitinqlə bağlı yekun qərarı belə oldu ki, BŞİH əvvəlcədən tələb etdiyimiz yerdə mitinq keçirməyə razılaşması da, biz, iyunun 19-da həmin yerdə mitinq keçirəcəyik”.
V.Mirkamal bəyan edib ki, əvvəlcədən də elan olunduğu kimi, İctimai Palata iyunun 19-da “Nərimanov” parkının qarşısındakı meydanda mitinq keçirəcək.
Qeyd edək ki, BŞİH bu gün İP-in mitinqlə bağlı müraciətinə cavab verib. Cavabda bildirilib ki, “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verilmir, əvəzində isə aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.
Anar GƏRAYLI

550