Bakı meriyası İctimai Palataya cavab verdi
16 iyun 2011 17:06 (UTC +04:00)

Bakı meriyası İctimai Palataya cavab verdi

Bu barədə APA-ya İP-ə daxil olan Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Zöhrab Məhərrəmli bildirib. BŞİH “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verməyib. Əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.


İctimai Palatanın katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya deyib ki, razılaşdırılmamış aksiyanın keçirilib-keçirilməyəcəyi barədə qərar İP Koordinasiya Şurasının bu gün keçiriləcək toplantısında veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar