Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri ilə bağlı qərar qəbul ediləcək
“Rusiya, Ermənistan və Azərbaycan liderləri gələn həftə keçiriləcək Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri haqqında layihəyə dair qərar qəbul edəcəklər”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bu bəyanatla çıxış edib. O, iyunun 25-nə planlaşdırılan görüşdən gözləntilərin böyük olduğunu bildirib: “Əldə edilmiş razılığa uyğun olaraq sammitdə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri haqqında layihə nəzərdən keçiriləcək. Bu sənəddə əksini tapan formullar üç ölkə xarici işlər nazirlərinin aprel və iyun aylarında Moskvada keçirilmiş görüşlərində razılaşdırılıb. Müzakirələrin gedişində bir sıra əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Prezidentlər bunları nəzərdən keçirəcək və müvafiq qərar qəbul edəcəklər”.
485