Paytaxt polisindən müxalifətə sərt xəbərdarlıq
16 iyun 2011 15:37 (UTC +04:00)

Paytaxt polisindən müxalifətə sərt xəbərdarlıq

“Bizdə məlumat var ki, iyunun 19-da “Nərimanov” kinoteatrının qarşısında şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirmək istəyən radikal müxalifət “Gürcüstan variantı”na hazırlaşır. Lakin qoy onlar yaddan çıxarmasınlar ki, özünü İctimai Palata adlandıran qurumun qanunsuz aksiyasının qarşısı, lazım gələrsə, “Gürcüstan variantı”ndan da sərt şəkildə alınacaq”.


Bu sözləri İctimai Palatanın iyunun 19-na təyin etdiyi mitinqlə bağlı APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov deyib.


Rəis müavini bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış yerlərdə keçirilən mitinqlərdə təhlükəsizliyi təmin etmək polisin vəzifəsidir: “Eyni zamanda, aksiya iştirakçıları bunu da unutmasınlar ki, hər cür qanunsuz hərəkətlərin, ictimai təhlükəsizliyin və hüquq qaydasının kütləvi şəkildə pozulması hallarının qarşısının qətiyyətlə alınması da birbaşa polisin vəzifə borcudur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar